17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. “Qəbələ”nin iki futbolçusu yığmaya dəvət alıb. Bunlar Lamiyə Qurbanova və Anna Abulaşvilidir. Onlar Bakıda baş tutacaq təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesi martın 15-dən 18-dək davam edəcək.
Xatırladaq ki, toplanış millimizin Avropa çempionatının elit-raunduna hazırlıq xarakteri daşıyır.