“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Həbib Hüşənov və Ziya Şəkərxanov 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət alıblar.
Hazırlıq prosesi sentyabrın 16-dan 24-dək Qəbələdə təşkil olunacaq. U-18-in toplanış çərçivəsində yerli klublarla 2 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.