19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Yığmamız dekabrın 23-də başlayacaq hazırlıqlarını ayın 29-dək davam etdirəcək. Bakıda baş tutacaq toplanışda 26 futbolçu iştirak edəcək. “Qəbələ”nin iki oyunçusu da hazırlıq prosesinə dəvət alıb. Bunlar Kamran Quliyev və Rüstəm Nuriyevdir. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcəklər.