“Qəbələ”nin U-19 komandası sabah növbəti oyununu keçirəcək. UEFA Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” ikinci mərhələnin ilk matçına çıxacaq.
Komandamız Yunanıstan təmsilçisi “Olimpiakos”la görüşəcək. Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” rəqibini doğma stadionda qəbul edəcək. Birinci mərhələdə “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdıran (1:1, 1:0) pley-ofa yüksəlmək üçün Pirey təmsilçisini keçməlidir. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
İlk oyun, 8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Qoqa Kikaçeişvili
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)
Qəbələ şəhər stadionu