Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 25 Sentyabr 2018 | 17:43270
Media nümayəndələrinin nəzərinə!

Oktyabrın 3-də 2018-2019 mövsümü UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyununda “Qəbələ” Moldovanın “Şerif”  klubunu qəbul edəcək.

“Qəbələ” İdman Klubu Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Şerif” matçına Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və fotoqraflar üçün akkreditasiya elan edir. Oyunda iştirak etmək istəyənlər təmsil etdikləri KİV-in adını, öz adını, soyadını, fotosunu, həmçinin Peşəkar Futbol Liqasının akkreditasiya vərəqəsini [email protected] elektron ünvanına göndərə bilərlər. Sadalananlardan hər hansı biri göndərilmədiyi halda akkreditasiya vəsiqəsi verilməyəcək. Hər media orqanına 1 press və 1 foto akkreditasiya vəsiqəsi (televiziyalara müxbir və operatorun hər birinə 1 press akkreditasiya) veriləcək. Müraciətlər 28 sentyabr saat 20:00-dək qəbul olunacaq.