«Mərhələ keçməyi hədəfləmişik»
Xəbərlər / 2 Oktyabr 2019 | 20:55306
«Mərhələ keçməyi hədəfləmişik»

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunları çərçivəsində keçirilən APOEL (Kipr) – “Qəbələ” matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdür. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədir. Lakin hər şey bitməyib. Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mübarizəyə görə komandanı təbrik edirəm”.