UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının “Puşkaş Akademiya” ilə səfər oyununun hakimləri müəyyənləşib. Çempionlar yolunun I mərhələsinin Macarıstanda keçiriləcək qarşılaşmasını Norveçdən olan ədalət təmsilçiləri idarə edəcək. Oktyabrın 25-dəki matçın baş hakimi Mohammad Usman Aslam olacaq. Ona həmyerliləri Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve kömək edəcəklər. Dördüncü hakim funksiyasını macarıstanlı Marton Ruş yerinə yetirəcək.
Xatırladaq ki, matç “Puşkaş Akademiya Panço Arena”da baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
Cavab oyunu, 25 oktyabr
18:00. “Puşkaş Akademiya” (Macarıstan) - “Qəbələ” (Azərbaycan)
Baş hakim: Mohammad Usman Aslam Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Yorgen Ronninq Valstadsve
(hamısı Norveç)
Dördüncü hakim: Marton Ruş (Macarıstan)
“Puşkaş Akademiya Panço Arena”
İlk oyun – 1:1