UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək "Qəbələ" - APOEL (Kipr) oyununun hakimləri açıqlanıb. Oktyabrın 24-də keçiriləcək cavab matçını ukraynalı hakimlər briqadası idarə edəcək. Baş hakim Denis Şurman olacaq. Ona Valentin Kutsev və Vladimir Korotin kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Azərbaycan referisi Vüqar Həsənli yerinə yetirəcək. UEFA nümayəndəsi Amir Navon (İsrail), hakim-inspektor Frits Ştuxlik (Avstriya) olacaq.
Xatırladaq ki, “Qəbələ” – APOEL oyunu saat 14:00-da başlayacaq.
Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
14:00. “Qəbələ” – APOEL (Kipr)
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)
UEFA nümayəndəsi: Amir Navon (İsrail)
Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1