UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk oyununun hakimləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın “Puşkaş Akademiya” ilə ilk görüşünü Qazaxıstandan olan ədalət təmsilçiləri idarə edəcək.
Oktyabrın 4-dəki matçın baş hakimi Sayat Karabayev olacaq. Ona həmyerliləri Timur Tursumbayev və Yevgeniy Karlov kömək edəcək. Xatırladaq ki, matç Qəbələ şəhər stadionunda baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 4 oktyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Timur Tursumbayev, Yevgeniy Karlov (hamısı Qazaxıstan)
Qəbələ şəhər stadionu