«Qəbələ» - «Şerif» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 1 Oktyabr 2018 | 14:04349
«Qəbələ» - «Şerif» oyununun hakimləri müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Ötən mövsüm Azərbaycan Gənclər Liqasının qalibi olan “Qəbələ”nin U-19 komandasının Moldova “Şerif”i ilə matçının hakimləri də müəyyənləşib. Oktyabrın 3-də keçiriləcək matçı gürcüstanlı hakimlər idarə edəcək. Qəbələ şəhər stadionundakı matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona həmyerliləri Zaza Menteşaşvili və Zaza Pipiya yardım edəcək. Qarşılşmanın dördüncü hakimi funksiyasını isə Azərbaycan təmsilçisi İnqilab Məmmədov yerinə yetirəcək.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

18:00. “Qəbələ” (Azərbaycan) – “Şerif” (Moldova)

Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)

Qəbələ şəhər stadionu