“Puşkaş Akademiya” – “Qəbələ” – 0:1
Kənan Baxışov, 56
İlk oyun – 1:1
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Çempionlar yolunun 1-ci mərhələsinin cavab görüşündə “Puşkaş Akademiya” ilə üz-üzə gəlib. Qəbələdəki ilk qarşılaşmada 1:1 hesablı heç-heçə ilə kifayətlənən Famil Xəlilovun yetirmələri Macarıstanda meydana qələbə üçün çıxıb.
Matçın taleyini bir qol həll edib. Səfər görüşünü fəal keçirən “Qəbələ” istəyinə ikinci hissədə çatıb. Kənan Baxışov 56-cı dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. 1:0 hesabı ilə qələbə qazanan komandamız 2-ci mərhələyə yüksəlib.
“Qəbələ” növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. 2-ci mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə təmsilçimiz mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.