“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” sabah meydana çıxacaq. Baş məşqçi Emin İmaməliyevin yetirmələri II mərhələnin ilk oyununda qüvvəsini sınayacaq. Komandamız Almaniya çempionu “Herta” ilə qarşılaşacaq. Berlin klubu ilə ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Belində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.
Xatırladaq ki, “Qəbələ” I mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr
17:00. “Qəbələ” – “Herta” (Almaniya)
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)
Qəbələ şəhər stadionu