UEFA Gənclər Liqasının Çempionlar yolunun ilk iki mərhələsinin püşkatma mərasimi keçirilib. “Qəbələ”nin UEFA bu yarışdakı rəqibləri müəyyənləşib. Gənclər Liqasında Azərbaycan çempionu olan “qırmızı-qaralar” qitə miqyaslı klub turnirində 3-cü dəfə mübarizə aparacaq.
Komandamız Çempionlar yolunun I mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. İlk oyun oktyabrın 2-də, cavab matçı 23-də keçiriləcək. Komandamız ilk matçın ev sahibi olacaq.
Bu cütün qalibi II mərhələdə “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) qarşılaşmasının güclüsü ilə qarşılaşacaq. Bu raundun görüşləri noyabrın 6-da və 27-də baş tutacaq. “Qırmızı-qaralar” ilk turu keçsə, ikinci raunda səfərdə başlayacaq.
Püşkatmadan öncə "Qəbələ" yarışın Təşkilat Komitəsi tərəfindən xüsusi - sosial layihənin yüksək səviyyədə yerinə yetirilməsinə görə təyin olunmuş diplomla mükafatlandırıb.
Xatırladaq ki, “Qəbələ” 2016/17 mövsümündə I mərhələdə “Dinamo” (Moskva, Rusiya) ilə görüşüb və iki oyunun nəticəsində mübarizəni dayandırıb – 0:2, 0:5. 2018/19 mövsümündə “Şerif”ə (Moldova) qalib gələn (1:1, 3:1) komandamız “Herta” (Almaniya) səddini keçə bilməyib – 1:3, 0:1.