«Qəbələ» APOEL-lə oyunöncəsi son məşqini keçirdi
Xəbərlər / 1 Oktyabr 2019 | 21:53295
«Qəbələ» APOEL-lə oyunöncəsi son məşqini keçirdi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası sabah UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq. Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq.

İlk oyun Nikosiyanın “Makarion” stadionunda baş tutacaq. Sentyabrın 30-da Kiprə yollanan Famil Xəlilovun yetirmələri bu gün qarşılaşmanın hazırlığını yekunlaşdırıb. U-19 oyunöncəsi son məşqini görüşün keçiriləcəyi stadionda gerçəkləşdirib.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

2 oktyabr

18:00. APOEL (Kipr) – “Qəbələ”

Baş hakim: Furkat Atacanov

Baş hakimin köməkçiləri: Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan)

UEFA nümayəndəsi: Vasko Doyçinovski (Şimali Makedoniya)

Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)

Nikosiya. “Makarion” stadionu