“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası sabah növbəti avrokubok matçını keçirəcək. Son Azərbaycan çempionu UEFA Gənclər Liqasında ikinci oyununa çıxacaq. Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun yetirmələri I mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən “Qəbələ” mərhələ adlamağa çalışacaq. Ötən mövsüm bu yarışda mərhələ adlayan ilk və hələlik yeganə Azərbaycan klubu kimi tarixə düşən “qırmızı-qaralar” uğurunu təkrarlamaq üçün mübarizə aparacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmada komandamızı təkcə qələbə deyil, hətta qolsuz heç-heçə də qane edəcək. Xatırladaq ki, “Qəbələ” – APOEL oyunu saat 14:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
14:00. “Qəbələ” – APOEL (Kipr)
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)
UEFA nümayəndəsi: Amir Navon (İsrail)
Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1