«Qəbələ» «Brügge»yə «2» verdi
Xəbərlər / 24 Aprel 2013 | 15:57308
«Qəbələ» «Brügge»yə «2» verdi

Təlim-məşq məqsədilə Hollandiyaya yollanan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası "zanbaqlar ölkəsi"ndə ilk yoxlama oyununu keçirib. Belçika təmsilçisi "Brügge" ilə üz-üzə gələn "qırmızı-qaralar"ın ilk sınağı uğurlu alınıb. Matçın ilk dəqiqələrindən üstünlüyə yiyələnən Hüseynqulu Quliyevin yetirmələri yekunda 2:0 hesabilə qalib gəliblər. "Qəbələ"yə qələbə qazandıran qollara Xəyal Əmirli və Rövlan Muradov imza atıb.
Təmsilçimiz Hollandiyada növbəti oyununu sabah keçirəcək. Bakı vaxtı ilə 18:30-da baş tutacaq matçda "Qəbələ" yerli "Ayaks"la münasibətlərinə aydınlıq gətirəcək.