“Qəbələ” – “Səbail” – 3:0
9 noyabr 2019. Saat 15:00. Qəbələ şəhər stadionu, 180 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Qəzənfər Məmmədov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Klesio Bauk, 44 (qeyri-idman hərəkəti) // Turan Manafov, 47 (qeyri-idman hərəkəti); Ağabala Ramazanov, 58 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 74 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Əli Sadıxov, 80 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)
Qollar: Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
Azərbaycan Premyer Liqasında XI tura start verilib. Turun ilk qarşılaşması Qəbələdə baş tutub. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində “Səbail”i qəbul edib. “Qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev ötən turla müqayisədə start “11-liy”ində dəyişikliyə ehtiyac duymayıb.
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü olması ilə əlaqədar “Qəbələ” futbolçuları meydana üzərində “Bayrağımız - qürurumuz, mənliyimiz, şərəfimiz” ifadəsi əks olunan bannerlə çıxıblar. Görüş qarşılıqlı hücumlarla başlasa da, meydan sahibləri cüzi ərazi üstünlüyünə yiyələniblər. Birinci hissənin ilk yarısında qapı istiqamətində bir neçə zərbə endirilsə də, real qol vəziyyəti yaranmayıb. Hesab hissənin ortalarında açılıb. Topu rəqibdən “oğurlayan” Fernan Lopez Roman Hüseynova, sonuncu isə Merab Qiqauriyə ötürmə verib. Gürcü yarımmüdafiəçinin təxminən 20 metrdən qüvvətli zərbəsini rəqib qolkiper dəf etsə də, özünü yetirən Davit Volkov topu qapıya göndərib. Hücumçu ardıcıl 3-cü oyunda qol sevinci yaşayıb. Hesab açıldıqdan az sonra Romanın qapı önünə hava ötürməsini Klesio Bauk başla tamamlayıb. Amma legionerin zərbəsindən sonra top qapının üstündən keçib. Qonaqlar fəallığı artırsalar da, azarkeşlər qarşılıqlı hücumlara şahid olublar. Lopezin uzaq zərbəsi də yaddaqalan, amma qeyri-dəqiq alınıb. Fasilə ərəfəsində paytaxt təmsilçisinin daha böyük qüvvə ilə irəli atılması “Qəbələ”yə sürətli əks-hücum imkanları yaradıb. Hakimin fiti ərəfəsində Volkov sürətlə irəli şığıyaraq üz-üzə qaldığı qapıçı üçün qarşısıalınmaz zərbə ilə fərqi artırıb – 2:0.
İkinci hissə də qarşılıqla hücumlarla başlayıb. 50-ci dəqiqədə Merabın gözəl ötürməsindən sonra Roman qapıçı ilə təkbətək qalsa da, dəqiq zərbə endirə bilməyib. Bundan sonra Klesionun iki, Merabın bir zərbəsi də təhlükəli alınıb. Epizodların birində Rövlan Muradov qapıçı ilə üz-üzə qalmağa yaxın olsa da, qolkiper onu qabaqlayıb. “Səbail”in məğlubiyyətdən qaçmaq istəyi ilə hücumlar təşkil etməsi “qırmızı-qaralar” üçün daha çox əks-həmlə şansı yaradıb. Klesio, Merab və Roman əldə olunan belə şanslardan yararlana bilməyib. Əks-hücumda say üstünlüyünə malik olduğumuz epizodda Fernan Lopezi dayandıran qonaqların futbolçusu qırmızı vərəqə ilə cəzalanıb. Komandamızın yeni transferi İbrahima Niasse də görüşün gedişində komanda yoldaşını əvəzləyib. Matçın sonluğunda iki dəfə qol imkanını qaçıran Ülvi İsgəndərov 3-cü cəhdində qonaqları məyus edib.
Beləliklə, “Qəbələ” ev oyununda böyükhesablı qələbə qazanıb – 3:0.
“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
(6. İbrahima Niasse, 77)
7. Roman Hüseynov
(14. Ülvi İsgəndərov, 84)
74. Yusif Nəbiyev
9. Davit Volkov
(19. Rövlan Muradov, 58)
3. İviça Zuniç
10. Klesio Bauk
77. Merab Qiqauri
21. Fernan Lopez
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
28. Murad Musayev
4. Sadiq Quliyev
13. Kristian Kuaku
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
Baş məşqçi: Azər Bağırov
“Səbail”
85. Kamal Bayramov
4. Eltun Yaqublu (k)
(7. Fəhmin Muradbəyli, 74)
17. Elçin Rəhimli
(88. Orxan Qurbanlı, 67)
13. Şəhriyar Rəhimov
14. Rahid Əmirquliyev
10. Ağabala Ramazanov
32. Elvin Yunuszadə
34. Urfan Abbasov
22. Mirabdulla Abbasov
8. Yevgeni Koçuk
3. Turan Manafov
(79. Əli Sadıxov, 61)
Ehtiyat oyunçular:
1. Aleksandr Rıbka
26. Kamal Qurbanov
5. Vüqar Bəybalayev
55. Adil Nağıyev
9. Mirsahib Abbasov
6. Maykl Esyen
21. Eriko da Silva
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev