«Qəbələ»dən gümüş medal
Xəbərlər / 23 May 2023 | 20:582112
«Qəbələ»dən gümüş medal

U-17 Liqasında 2022/23 mövsümünə yekun vurulub. Çempionun adına bu gün keçirilən “Qəbələ” - “Sabah” matçında aydınlıq gəlib. Sonuncu - XXXIX turun oyununda Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmasında 1 qol vurulub. “Qırmızı-qaralar” bu görüşdə 0:1 hesabı ilə uduzub. Bununla da 91 xala malik komandamız mövsümü ikinci pillədə başa vurub. “Sabah”dan 3 xal geri qalan “qırmızı-qaralar” çempionatı gümüş medallarla başa vurub.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Medalları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov təqdim ediblər. “Qəbələ”nin üzvü İlkin Budaqov mövsümün ən yaxşı oyunçusu seçilib. 

Xatırladaq ki, 39 matçda 29 qələbə qazanan “Qəbələ” 4 heç-heçə edib və 6 dəfə məğlub olub. 114 qol vuran komanda 35 top buraxıb.