«Qəbələ»dən qollu heç-heçə
Xəbərlər / 4 Oktyabr 2023 | 17:53416
«Qəbələ»dən qollu heç-heçə

“Qəbələ” – “Puşkaş Akademiya” (Macarıstan) – 1:1

Şahin Şahniyarov, 8 // Adam Umatum, 36 (p.)

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. “Qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsində ilk oyununu keçirib. Famil Xəlilovun yetirmələri Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə qarşılaşıb.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Matç erkən qolla başlayıb. Şahin Şahniyarov 8-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Azərbaycan çempionu üstünlüyünü fasilə ərəfəsində əldən verib. Macarıstan klubu penalti ilə hesaba tarazlıq gətirib. İkinci 45 dəqiqə də qarşılıqlı hücumlarla keçib. Komandamız hesabı xeyrinə dəyişmək imkanları qazansa da, rəqib qapısına yol tapa bilməyib. Beləliklə, Qəbələdəki görüş qollu heç-heçə ilə başa çatıb – 1:1.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək.