“Qəbələ”dən rekord - 30 dəqiqəyə 20 qol
Xəbərlər / 27 Noyabr 2011 | 20:00665
“Qəbələ” aşağı yaş qrupları üzrə keçirilən çempionatların ən böyükhesablı qələbəsinə imza atıb. Klubumuzun 11 yaşa qədər futbolçulardan ibarət komandası U-11 Liqasının Şimal-qərb regionu üzrə UGİM Balakənə qarşı keçirdiyi oyunda 20:0 hesabilə qalib gəlib. Arxada qalan 7 turda maksimum nəticə göstərən Sənan Qurbanovun yetirmələri rəqiblərinin qapısından 56 qol keçiriblər və öz qapılarının toxunulmazlığını qoruya biliblər. Bu il yaradılan “Qəbələ”nin U-11 komandası debüt ilindəcə rekord müəyyənləşdirməyə nail olub. Üstəlik U-11 Liqasında qarşılaşmaların 30 dəqiqə oynandığını da nəzərə alsaq, azyaşlılarımız ortalama hər 1,5 dəqiqədə 1 dəfə fərqlənməyi bacarıblar.
Xatırladaq ki, buna qədər komandalarımızın ən böyükhesablı qələbəsi 15:0 olmuşdu. Bu nəticəyə U-13 və U-15 komandalarımız imza atmışdı.