“Qəbələ”dən üç böyükhesablı qələbə
Xəbərlər / 22 Aprel 2025 | 12:2916
“Qəbələ”dən üç böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

“Sumqayıt”ı qəbul edən U-19 böyükhesablı qələbə qazanıb – 4:1. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 29 oyunda 66 xal toplayıb.

 

U-17 evdə “Dinamo”nun qapısından üç cavabsız top keçirib. 33 matçda 57 xal toplayan “qırmızı-qaralar” 6-cı sırada qərarlaşıb.

 

“Səbail”i qəbul edən U-15 də böyük hesabla qalib gəlib – 4:0. 28 oyunda 54 xal toplayan komandamız 4-cü pillədə qərarlaşıb.