«Qəbələ» «Əlincə» turnirinə 3 xalla ilə başladı - Fotoreportaj
Xəbərlər / 22 Dekabr 2012 | 14:32520
«Qəbələ» «Əlincə» turnirinə 3 xalla ilə başladı - Fotoreportaj

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Bakıda təşkil olunmuş "Əlincə" Turnirində çıxışına start verib. Qrup mərhələsinin ilk oyununda komandamız turnir təşkilatçısı "Əlincə" ilə üz-üzə gəlib. "Qəbələ" rəqibə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:

Fərman Bayramov (Sərxan Osmanov), Arsen Ağcabəyov (Rəşid Manafov), Marat Əzizov (Kamran Cavanşirov), Vüsal Məsimov (Davud Mahmudov), Fikrət Tağıyev (Fəqan Məsimov), Nizami Səmədov (Təbriz İsazadə), Tolqar Yaqubov (Cahid Həsənzadə), Bəşir Aylarov (Samir Ağakişiyev), Məhəmməd Abbaslı (İzzət Müştaqov).

Oyun meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Ardıcıl hücumlar "Əlincə"nin ilk hissədə iki dəfə fərqlənməsi ilə nəticələnib.
İkinci hissəyə fərqli heyətlə çıxan "Qəbələ" tezliklə üstünlüyü öz xeyrinə dəyişə bilib. Rəqibi sürətli hücumlarla və qapıya zərbələrlə təzyiq altında saxlayan "qırmızı-qaralar" matçın final fitinədək 3 dəfə rəqibi meydançanın mərkəzinə dəvət ediblər. Marat Əzizov (2) və Samir Ağakişiyevin qolları "Qəbələ"yə 3 xal qazandırıb - 3:2.   

Xatırladaq ki, turnirdə 2 qrupa bölünməklə 6 komanda iştirak edir:

A qrupu

"Əlincə"
"Qəbələ"
ROİL

B qrupu

"Neftçi"
"İnter"
"Veqa"

"Qəbələ" qrupun növbəti oyununda sabah ROİL-lə münasibətlərini aydınlaşdıracaq.