«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsən?
Xəbərlər / 2 May 2017 | 14:56600
«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsən?

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir. Seçimlər Qəbələ şəhər stadionunda 20-21 may tarixlərində 2000 - 2008-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65

Email: [email protected]

Seçim tarixləri:

Qəbələ Şəhər Stadionu

20 may – 2000, 2001, 2002, 2003, 2004-cü il təvəllüdlü futbolçular

21 may – 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü futbolçular

Seçimlər saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!