«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsiniz?
Xəbərlər / 3 Dekabr 2019 | 19:04981
«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsiniz?

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir. Seçimlər Qəbələ şəhər stadionunda dekabrın 14 və 15-də 2002 - 2012-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65

Email: [email protected]

Seçim tarixi:

Qəbələ Şəhər Stadionu

14 dekabr- 2002-2003-2004-2005-2006

15 dekabr -2007-2008-2009-2010-2011-2012-ci il təvəllüdlü futbolçular

Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!