«Qəbələ» günə 1 xalla yekun vurdu - Fotoreportaj
Xəbərlər / 17 Oktyabr 2013 | 15:13344
«Qəbələ» günə 1 xalla yekun vurdu - Fotoreportaj

"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandasının da iştirak etdiyi "Young Talents-2013" turnirinə bu gün start verilib. Açılış mərasiminin ardından qrup mərhələsi çərçivəsində "Young Talents" Komandası ilə qarşılaşan "qırmızı-qaralar" məğlub olublar - 0:5.
Günün ikinci yarısında daha iddialı rəqiblə - Kazan "Rubin"i ilə üz-üzə gələn təmsilçimiz daha yaxşı təsir bağışlasa da, matç sülhlə yekunlaşıb. Hesabı "Rubin" açıb. Lakin həvəsdən düşməyən Ramin Quliyevin yetirmələri status-kvonu bərpa etməyi bacarıblar. "Qəbələ"nin heyətində Həmid Vəliyev fərqlənib və matçın hesabını müəyyənləşdirib - 1:1. 
Sabah "Qəbələ" qrup mərhələsi çərçivəsində daha 2 oyun keçirəcək. Komandamız öncə "Dinamo" (Kirov, Rusiya), ardından isə "Baltika" (Kalininqrad, Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.