“Qəbələ”nin UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsindəki rəqibi müəyyənləşib. I mərhələdə Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq Azərbaycan futbolu tarixində ilkə imza atan “qırmızı-qaralar” Almaniya “Herta”sı ilə üz-üzə gələcək.
Belə ki, Almaniya millisinin sabiq futbolçusu Mihael Hartmannın baş məşqçisi olduğu Berlin klubu Polşa təmsilçisi “Lex”i üstələyib. 3 həftə öncə öz meydanında 2:0 hesabı ilə qalib gələn U-19 Bundesliqanın çempionu səfərdə də qələbə qazanıb – 3:2. Rəqibimizin heyətində Cessik Nqankam iki, Julian Albrext bir qola imza atıb.
II mərhələnin oyunları noyabrın 7-də və 28-də baş tutacaq. “Qəbələ” ilk oyunu evdə, cavab matçını “Herta”nın meydanında keçirəcək.