“Herta” (Almaniya) – “Qəbələ” (Azərbaycan) – 1:0
UEFA Gənclər Liqası. Çempionlar yolu. II mərhələ, cavab oyunu
28 noyabr 2018-ci il. Saat 16:00. Berlin. “Vurfplats” stadionu
Baş hakim: Ferens Karako
Baş hakimin köməkçiləri: Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan)
Dördüncü hakim: Lasse Koslovski (Almaniya)
Sarı vərəqələr: Soni Ziemer, 10, Luka Naumann, 14, Panzu Ernesto, 21, Elias Tamim, 60 - Faiq Hacıyev, 57
Qol: Muhammed Kiprit, 24-p.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə 3 dəq.
İlk oyun – 3:1
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Çempionlar yolunun II mərhələsində cavab matçına çıxıb. Baş məşqçi Emin İmaməliyevin yetirmələri Almaniyada “Herta” ilə qarşılaşıb.
Üç həftə əvvəl evdə keçirilən matçda 1:3 hesabı ilə uduzan “Qəbələ” Belindəki oyuna fəal başlayıb. Artıq 7-ci dəqiqədə əlverişli qol imkanı yaradılsa da, Məhəmməd Məhərrəmov şansdan istifadə etməyib. Az sonra Məhəmməd penalti qazanıb. Lakin Əli Sadıxovun zərbəsini qapıçı dəf edib. İzzət Müştaqovla İdris İnqilablının qapıya endirdiyi zərbələr də yaddaqalan olub. Hissənin ortalarında meydan sahiblərinin həmləsi penalti ilə nəticələnib. Muhammed Kiprit qarşı qayda pozuntusuna görə təyin edilən zərbəni futbolçunun özü dəqiq yerinə yetirib. Hesab açıldıqdan sonra azarkeşlər qarşılıqlı hücumlar izləyib. Abbas Ağazadənin güclü zərbəsini isə rəqib qolkiper çətinliklə dəf edib.
Fasilədə oyunçu dəyişikliklərinə əl atan Almaniya çempionu ikinci hissəyə hücumlarla başlayıb. Bir neçə qol vəziyyəti yaradan meydan sahiblərinin fərqlənməsinə müdafiəçilər və qapıçı imkan verməyib. Emin İmaməliyev əvəzetmələrlə oyunun axarını dəyişib və “qırmızı-qaralar” ön xətdə fəallığı artırıb. Abbas Ağazadə və Samir Qurbanovun yaddaqalan zərbələri hesabı dəyişmək üçün yetərli olmayıb. Rəqib qapıçı Veysəl Rzayevin endirdiyi qüvvətli zərbədən sonra da topu dəf edə bilib. Matçın sonlarında da “qırmızı-qaralar” hücumlarını davam etdirib. Lakin Əli Sadıxov və Veysəl Rzayev hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Qarşılıqlı hücumlarla keçən ikinci hissənin son dəqiqələrində də hesab dəyişməyib.
Beləliklə, 0:1 hesabı ilə uduzan “Qəbələ” turnirdə mübarizəni başa vurub.
“Herta”
12. Florian Palmovski
9. Cesik Nqankam (k)
(8. Yonas Mixelbrink, 73)
11. Dennis Yastrjembski
(10. Miralem Ramiç, 64)
15. Luka Naumann
(14. Rouen Vertmüller, 46)
20. Rensdorf-Yeboa Koniqsdorfer
(19. Yulian Albrext, 46)
24. Matias Kastrati
21. Elias Tamim
(18. Maksimilian Qurşke, 84)
31. Soni Ziemer
35. Florian Krebs
36. Muhammed Kiprit
37. Panzu Ernesto
Ehtiyat oyunçular:
1. Luis Klatte
16. Pol Kryuqer
Baş məşqçi: Mihael Hartmann
“Qəbələ”
12. Əmrah Zülfüqarlı
2. Rüstəm Nuruyev
(13. Nicat Əliyev, 90)
3. İzzət Müştaqov
4. Vüsal Məsimov
6. Faiq Hacıyev
7. Əli Sadıxov (k)
8. Abbas Ağazadə
10. Təbriz İsazadə
(14. Fərid İsgəndərov, 90)
11. Samir Qurbanov
(9. Əli Mürsəlov, 87)
15. İdris İnqilablı
(18. Nicat Oruclu, 87)
17. Məhəmməd Məhərrəmov
(16. Veysəl Rzayev, 56)
Ehtiyat oyunçular:
1. Elməddin Sultanov
5. Arsen Ağcabəyov
Baş məşqçi: Emin İmaməliyev