«Qəbələ» ilk turda «Qarabağ»la qarşılaşacaq
Xəbərlər / 17 Sentyabr 2012 | 06:22424
Azercell U-17 Liqasının püşkatma mərasimi keçirilib. Çempionat iki dövrəli sistem üzrə 14 komanda arasında keçiriləcək. Oyunlara oktyabrın 15-i start veriləcək. Püşkün nəticələrinə görə, I turda aşağıdakı oyunlar keçiriləcək:
1. "Neftçi" - AZAL
2. "Bakı" - "Rəvan"
3. "Qəbələ" - "Qarabağ"
4. "İnter" - "Xəzər-Lənkəran"
5. ROİL - Sumqayıt
6. "Turan" - "Gənclik"
7. "Simurq" - "Kəpəz"
Yeni mövsümdən etibarən U-17 Liqasının oyunları hər həftənin bazar ertəsi günləri keçiriləcək.