“Qəbələ”nin 10 futbolçusu Azərbaycan yığmalarına dəvət alıb. Onlardan dördü 2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandaya çağırılıb. Bunlar Elməddin Sultanov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov və Veysəl Rzayevdir. Onların da heyətində yer aldığı komanda martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yığmamız hazırlıq prosesi çərçivəsində martın 22-də və 24-də Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
“Qəbələ”nin 6 üzvü isə U-17-yə çağırılıb. Bunlar Ülvi Mədətov, Xəyal Səmədov, Rauf Rüstəmli, Gülağa Əsədov, Mehrac Baxşəliyev və Ümid Həmzəyevdir. Onlar 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının martın 16-dan 20-dək Bakıda təlim-məşq toplanışına dəvət olunan heyətdə yer alıblar.