Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Turnir üçün heyətdə “Qəbələ”nin iki futbolçusu da yer alıb. Bunlar Lamiyə Qurbanova və Anna Abulaşvilidir.
Yığmamız sentyabrın 22-dən 29-dək Bakıda, sentyabrın 29-dan oktyabrın 10-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Ardınca komandamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oyunlarda qüvvəsini sınayacaq.
Xatırladaq ki, millimiz seçmə mərhələdə Türkiyə (3 oktyabr), İsveçrə (6 oktyabr) və Kiprlə (9 oktyabr) qarşılaşacaq.