“Qəbələ”nin 4 futbolçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. Bunlar İdris İnqilablı, Rüstəm Nuriyev, Kamran Quliyev və Əmrah Zülfüqarlıdır. Onlar Slovakiyada təşkil olunacaq 2000-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnirə qatılacaq millimizin 21 futbolçudan ibarət heyətində yer alıblar. Mayın 7-11-də keçiriləcək “Slovakia Cup 2018” turnirində yığmamız Slovakiya, Uels və Macarıstanla birgə A qrupunda mübarizə aparacaq.