“Qəbələ”nin 4 futbolçusu 17 yaşadək oyunçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar İbrahim Ramazanov, Rauf Rüstəmli, Gülağa Əsədov və Mehrac Bəxşəliyevdir. Onlar millinin noyabrın 6-dan 9-dək Bakıda keçirəcək təlim-məşq toplanışında iştirak edəcəklər. Yığma noyabrın 10-dan 20-dək Yunanıstanın Patra şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında qüvvəsini sınayacaq.