“Qəbələ”nin 5 futbolçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət olunub. Bunlar İdris İnqilablı, İzzət Muştaqov, Rüstəm Nuriyev, Samir Qurbanov və Vüsal Məsimovdur.
Onlar milli komandanın təlim-məşq toplanışında iştirak edəcək. Yığmanın hazırlıq prosesi noyabrın 4-dən 10-dək Bakıda baş tutacaq.
Bu toplanış Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Millimiz noyabrın 14-20-də Gürcüstanda meydan sahibləri, İsrail və Lixtenşteynlə qarşılaşacaq.