“Qəbələ”nin 5 futbolçusu 19 yaşadək oyunçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar Xəyal Muradov, Təbriz İsazadə, Əli Mürsəlov, İdris İnqılablı və Veysəl Rzayevdir.
Bu oyunçuların da heyətində yer aldığı yığma oktyabrın 2-dən 5-dək Bakıda, oktyabrın 6-dan 15-dək isə Çexiyanın Ostrava şəhərində təlim-məşq toplanışı keçirəcək. Ardınca millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək.