16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb. Dekabrın 6-dək Monteneqroda hazırlıq keçəcək millinin heyətində “Qəbələ”nin 5 futbolçusu da yer alıb. Bunlar İbrahim Ramazanov, Sənan Kərimov, Nuğay Rəşidov, İxtiyar Məmiyev və Emil Süleymanovdur. Yığma bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Dekabrın 3-də və 5-də baş tutacaq matçlar Podqoritsada təşkil olunacaq.