17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Yığmamız oktyabrın 1-dən hazırlıqlarını Serbiyada gerçəkləşdirir. Millinin düşərgəsində “Qəbələ”nin 6 futbolçusu da yer alıb. Komandanın hazırlıqlarında qapıçı Elməddin Sultanov, müdafiəçilər Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Xəyal Muradov və hücumçu Məhəmməd Məhərrəmov iştirak edir.