“Qəbələ”nin 6 futbolçusu 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar Elməddin Sultanov, Xəyal Muradov, Təbriz İsazadə, Nicat Əliyev, Veysəl Rzayev və Məhəmməd Məhərrəmovdur. Onlar yığmanın təlim-məşq toplanışında iştirak edəcəklər.Milli komandanın hazırlığı yanvarın 14-dən 20-dək Bakıda baş tutacaq. Hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçiriləcək. Yığma yanvarın 15-də Avropa çempionatının elit-raunduna hazırlaşan U-19-la, yanvarın 17-də və 20-də isə müvafiq olaraq “Baku City” və “Keşlə-2” komandaları ilə qarşılaşacaq.