“Qəbələ”nin 6 futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov, Namiq Şamilov və İbrahim Ramazanovdur. Onlar milli komandanın təlim-məşq toplanışında iştirak edəcək. 2004-cü il təvəllüdlülərdən ibarət yığmanın hazırlıq prosesi noyabrın 28-dən dekabrın 2-dək keçiriləcək. Toplanış Bakıda baş tutacaq.