15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Sentyabrın 16-da başlayacaq hazırlıqlara “Qəbələ”nin 8 futbolçusu da iştirak edəcək. Bunlar Kamil Nəzərli, Azər Məmmədhəsənzadə, İbrahim Ramazanov, Namiq Şamilov, Emil Süleymanov, Sahil Həsənov, İxtiyar Məmiyev və Sərxan Mirzəzadədir. Onların heyətində yer aldığı yığmanın toplanışı sentyabrın 20-dək davam edəcək. Milli komandanın hazırlıq prosesi Bakıda gerçəkləşəcək.