15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Bakıda keçiriləcək təlim-məşq toplanışına iki fərqli heyət çağırılıb. Yığma fevralın 4-7-də bir, 7-10-da başqa heyətlə hazırlıq keçəcək. Toplanışa “Qəbələ”nin 8 futbolçusu dəvət olunub. Taleh Qarayev hazırlıqların 1-ci mərhələsində iştirak edəcək. 2-ci dördgünlükdə isə Zaur Sultanov, Anar Tağıyev, Ülvi Mədətov, Xəyal Səmədov, Rauf Rüstəmli, Kamal Kazımov və Mehrac Baxşəliyev yığmanın düşərgəsində olacaq.