18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Yeni formalaşdırılan yığmanın hazırlıq prosesinə “Qəbələ” futbol akademiyasının oyunçuları da qatılıblar. Belə ki, “qırmızı-qaralar”ın 9 futbolçusu Bakıda təşkil olunan hazırlıqlarda iştirak edir. Bunlar Elməddin Sultanov, İdris İnqilablı, Nicat Əliyev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov, Orxan Abdullayev, Əli Mürsəlov və Salman Ələsgərovdur.
Xatırladaq ki, bu gün start götürən toplanış yanvarın 19-dək davam edəcək.