17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Yığmamız Bakıda hazırlıq keçir. Komandanın hazırlıq prosesində “Qəbələ”nin 9 futbolçusu da iştirak edir. Bunlar Vüsal Şabanov, Müşfiq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Samir Məhərrəmli və Rauf Məhərrəmovdur. Yığmamızın toplanışı sentyabrın 17-dək davam edəcək.