17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Bakıda gerçəkləşən hazırlıq prosesi avqustun 21-dək davam edəcək. Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək yığmaya “Qəbələ”nin 9 futbolçusu çağırılıb. Bunlar Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Samir Məhərrəmli və Rauf Məhərrəmovdur.