“Qəbələ”nin altı futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov, Sərxan Mirzəzadə və Sahil Həsənovdur. Futbolçularımız millinin seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi sentyabrın 15-dən 20-dək keçiriləcək. Toplanış Bakıda baş tutacaq.