“Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandasının “Beşiktaş”lı həmyaşıdları ilə keçirdiyi yoxlama oyunundan (2:2) sonra klub rəsmiləri gabalafc.az-a açıqlamalar veriblər.
“Beşiktaş” Futbol Akademiyasının direktoru Əmrah Bayraktar “Qəbələ”nin düşündüyündən daha güclü olduğunu vurğulayıb:
“Dost, qardaş ölkə Azərbaycanın təmsilçisi “Qəbələ”ni İstanbulda görməkdən məmnunuq. Çox çətin oyun oldu. “Qəbələ”nin bu qədər güclü olduğunu təxmin etmirdim. Dostluq şəraitində keçən bir oyun izlədik. Çox güclü və istedadlı futbolçulardan ibarət heyət gördüm. “Qəbələ”nin infrastruktur və futbolçular üçün yaradılan şərait baxımından gördüyü işlərdən də ətraflı şəkildə xəbərdarıq. Bu təqdirəlayiq haldır. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar diləyirəm”.
“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı komandasının layiqli mübarizə apardığını söyləyib:
“Futbolçularımız layiqli mübarizə apardılar. Bu bizi çox məmnun etdi. Hazırda bizim üçün hesab elə də önəmli deyil. Bu matçda uda da, uduza da bilərdik. Önəmli olan gözəl oyun nümayiş etdirməkdir. Belə beynəlxalq oyunlar futbolumuzun inkişafı ilə yanaşı, futbolçularımızın dünya görüşünün inkişafına və futbol mədəniyyətlərinin yüksəlməsinə xidmət edir”.