21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. “Qəbələ”nin dörd oyunçusu yığmaya çağırılıb. Bu futbolçular İbrahim Ramazanov, Süleyman Damadayev, Emil Səfərov və Mehrac Baxşəlidır.
U-21 martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. U-21 bu məqsədlə martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.