17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
“Qəbələ”nin dörd üzvü yığmaya çağırılıb. Bunlar Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov və Ziya Şəkərxanovdur.
Millimiz toplanış çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.