17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına start verib. Yığmamız Antalya şəhərində 22 futbolçu ilə hazırlıq keçir. Millinin heyətində “Qəbələ” də təmsil olunub. Hazırlıqlarda komandamızın üzvü Samir Qurbanov da iştirak edir. Milli komanda fevralın 1-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.