15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Yığmamız avqustun 16-dan 20-dək Bakıda hazırlıq keçirəcək.
Toplanışa “Qəbələ”nin futbolçusu Allahverdi Şirinov da dəvət alıb. U-15 avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Millimiz turnirdə üç oyun keçirəcək. U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.