16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesi mayın 22-dən 29-dək keçiriləcək. Bakıda təşkil olunacaq toplanışda “Qəbələ”nin bir futbolçusu iştirak edir. Ariz Kərimov U-16-nın hazırlığına qatılıb. Millimiz hazırlıq çərçivəsində mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.